Roza Zərgərli: “Mən 3 dəqiqə  xoşbəxt ola bilirəm ” - MÜSAHİBƏ

  • By admin
  • 19 İyul 2016 12:56

roza 

 

Gununsesi.info yay istirahətində də boş durmayan və daim onu sevərlər üçün yeni mahnılar hazırlayan müğənni Roza Zərgərlinin qonağı oldu. İfaçıdan aldığımız maraqlı müsahibəni sizə təqdim edirik.

 Roza Zərgərli kimdi?Niyə düşündünüz ki, sizi Azərbaycan xalqı tanımalıdı?

“Roza Zərgərli  adi Azərbaycan vətəndaşıdır sənətdə olan biridir lakin sıradan biri deyil sənətdə öz rolu olan insandır. Roza Zərgərli həm aktrisadır, həm rejissordur, prodüserdir həm ifaçıdır həm də son zamanlar qələmlə də özümüzü sınadıq. Mən hər zaman demişəm ki, incəsənət sahəsində olan insan bu sahənin hər bir şaxəsini bacarmalıdı. Artıq bacarıb- bacarmadığı işindən sonra bəlli olur. Başqa sahədə yarana bilməzdim uşaqlıqdan təməlim elə qoyulub. Bu sahə üzrə beynimə nəsə gələndə  həmin istiqamət üzrə gedirəm. Məsələn avtobioqrafik roman yazmaq istədim yazdım. Vəd etdiyim şeylərin üstündə dururam ”

 Ailənizdə incəsənətlə məşğul olan olub?

“Heç kəs. Anam həkim, atam isə hərbiçi olub. Sadəcə əmim rəssam və heykəltaraşdı hal-hazırda İtaliyada yaşayır öz sahəsi üzrə çalışır.Eyni zamanda anamın babası çox gözəl saz ifa edib. Saz ifaçısı kimi tanınmayıb özü xan olub sadəcə sazda çox gözəl ifa edib, oxuyurmuş. Ola bilər onlardan mənə nəsə keçib”

Müğənni olmaq istəyəndə  qarşı çıxan oldu?

“Olub çox böyük qarşıdurmalar olub. 13 yaşından Gəncə şəhərində səhnələrdə ifalarım olub amma  atam bilməyib. Bilsəydi gəlib başımı kəsərdi(gülür). Buna baxmayaraq bu sahə üzrə  Qənbər Hüseynli adına Texnikomu bitirmişəm.O vaxt 7\17 musiqi yarışmasına qatıla bilmədim bu haqqda bioqrafik romanımda da qeyd etmişəm ki əslində mən sənətə 16 il əvvəl yox daha erkən gəlməli idim. Sonra artıq heç nəyə fikir vermədən musiqi müəlliməsi adı ilə işləməyə  başladım rejissorluq üzrə davam etdim sonra da ifaçılığa keçdim.”

 Erkən ailə qurmusunuz və tez də boşanmısınız? Boşanandan sonra yəqin  sənətinizlə daha rahat  məşğul ola bilmisiniz.

“Xeyr əksinə boşanandan sonra daha çox çərçivəyə salındım. Amma son 10 ildir ki, ailəm dəstəkləyir yəni qarışmırlar çünki görürlər ki, mən qalmaqaldan uzağam və  sənətimlə məşğulam. Bir dəfə oldu onda da  qarşı tərəf söz atdı gördü cavab gəlmir, ikinci dəfə də sözünü dedi cavab vermədim məsələ bağlandı. Qalmaqala fikir verəndə əsəb keçirirsən, vaxtın gedir nəticədə bir şey əldə etmirsən. Nəyə lazımdır?”

Sizdən əvvəl də var idi ifaçılar sizdən sonra da gəldi. İfaçılığıa başlamazdan öncə yəqin ki fərqlənmək barədə düşünmüsünüz. Bu baxımdan hansısa planlar qurmuşdunuzmu?Fərqlənmək üçün hər hansısa bir addım atmısınızmı?

“Fərqlənmək bilirsiniz nədi? əgər sən kiməsə fanatlıq edirsənsə idealın kimi onu seçirsənsə sən heç vaxt sənətdə olmayacaqsan. Sən hər zaman özünü ona bənzədəcəksən. Mən heç  kimə pərəstiş etməmişəm, səsini bəyənmişəm ona görə də heç kimə bənzəmirəm. Mən hansısa mahnını ifa edəndə heç kim mənə deyə bilməz ki səsi, oturuşu-duruşu, geyimi kiməsə bənzəyir. Bunu deyə bilməzlər. Mən özüm Əliyeva Roza olaraq içimdə Roza Zərgərli  dünyaya gətirdim. Tamaşaçıya bənzəri olmayan bir Roza Zərgərli təqdim etdim yaxşı Roza gətirdim ya pis onu mən deyə bilmərəm yalnız tamaşaçı deyə bilər. ”

İstərdinizmi övladlarınız müğənni olsun?

“İki övladım incəsənət sahəsi üzrə oxuyur. O əvvəl idi ki, hər kəs bu sahəyə pis baxırdı. Şövkət Məmmədovanın zamanında belə bu sahəyə pis baxıblar amma indi valideynlər özləri övladlarının müğənni olmasını istəyir. Mən heç vaxt övladımın qarşısını kəsə bilmərəm yalnız dəstək olaram. Qızım da vokal üzrə təhsil alır konservatoriyaya daxil olmağa hazırlaşır. O bu sənəti seçməklə məmnundu mən də onun kimi. Onların xəyallarını qırmaq olmaz. Tələb edə bilərəm ki, bu sahədə ya yaxşı ol ya da olma amma ona sənət seçmək bu mənim işim deyil.”

Gözləmədiyiniz anda gözləmədiyiniz təklif gəlibmi?

“Gündə yüz dənə təklif gəlir. Əvvəl hər təklifə həvəslə yanaşırdın ki, bu yaxşı bir işə oxşayır. Gəl hanısa konsertdə çıxış elə ya da filan festivalda Azərbaycanı təmsil elə, gəl kömək edək  sənin üçün filan klipi çəkək.  Sonra püxtələşirsən, öz sözünü deyirsən  və  sən özün təklif verməyə başlayırsan. Təklif olanda da hansısa konsertdən, verilişdən və ya jüri kimi dəvət alırsan. Mən artıq 6 ildi beynəlxalq festivalların  jüri heyətində əyləşirəm. Sözünü deyəndən sonra hər adam cürət edib sənə hər təklifi etmir.

Sənətə yeni- yeni addım atanda buna ehtiyacınız olmubmu?

“Mən yeni-yeni oxumağa başlayan buna ehtiyacım olmayıb mən həmişə özüm özümü maliyələşdirmişəm. Sənəti bildiyimə görə umacağım kimsə olmayıb. Özüm özümə arxa olmuşam. Əlimdən yaxşı mənada tutanlar olub. Natəvan Şeyxova mənə klassik estradanı öyrədib. İlk klipimi çəkən şəxs,  Etibar Babayev olub. Şairimiz Vahid Əziz mənə çox kömək olub. Mənim ilk mahnımın ilk şeirlərini Vahid Əziz verib. Ustad dərsi  kimi estrada formasında oxumaq üçün Teymur Əmrah yardım əlini uzadıb.

Bir az əvvəl dediniz də incəsənətin bir neçə sahəsi ilə məşğulsunuz.Hansı sahə sizi daha çox özünə çəkir.

“Hamısı əgər hansı birininsə adını çəksəm yalan olar. Aparıcılığı da sevirəm kitab yazmağın da başqa zövqu var.Sənin kitabını oxuyurlar, xoş rəylər insanı həvəsləndirir. Bütün yuxusuz gecələrimi  halal edirəm. Demək ki, çəkdiyim əziyyət boşa getməyib.

Gözəl zahiri görünüşünüz var. Bu sizə nə vaxtsa mane olub?

“Mən özümü gözəl hesab etmirəm mənim daxilim zarimdən daha gözəldi. Heç vaxt zahiri görünüşümlə bağlı xəyal qurmamışam ki, kaş bu hissəm belə olardı kaş elə olardı. Bir dəfə olub demişəm ki, kaş  90 60 90 olardım. O da zamanında olmuşam. Amma idni yaşım 30-u keçib və belə olmağım normaldı. Heç vaxt zahiri görünüşümlə bağlı kompleksim olmayıb. Bəlkə də yekəxanalıq kimi olacaq amma bu elə deyil. Bəzən hansı sa qız burnuna əməliyyat etdirmək istəyir deyirəm ki, dəymə o burun sənə  gözəllik verir, elə bilir  paxıllıqdan deyirəm. Başa sala bilmirəm ki, onlar kimi eyni simanı alacaqsan. Hərdən “instagram” da kimisə kimləsə səhv salıram  hamısı bir- birinə bənzəyir. Burunun bir balaca əyri olmağı xüsusi şarm gətirir.

Özünüzə hesabat verəndə çox səhv etdiyinizi düşünürsüz?

“Bəli çox səhv etmişəm amma onlara səhv demək olmaz. Elə səhvlər var ki, onları indi səhv saymıram. Erkən ailə qurmuşam o vaxt evdən məsləhət edildi və verdilər nə olur olsun gərək qarşı çıxardım çünki özüm də uşaq olmuşam. Amma onun nəticəsində övladlarıma baxıram deyirəm şükür ki, tez ailə qurmuşam duzdu deyirlər ki  yenə də uşaqların olacaq idi amma bu uşaq olmayacaqdı. Peşmançılığım odur ki,  öz uşaqlığım olmayıb. Qardaşımın məhsuliyyətini daşımışam sonra ailə qurdum kukla oynatmalı vaxtımda həqiqi uşaq oynadırdım.  Zaman məni çox tez böyütdü.  Bəzən deyib gülürəm deyirlər buna bax uşaqları özü boydadı  özünü yüngül aparır. Amma sən gəl mənim yaşıma bax cəmi 37-di sənət dostlarım 32-35 yaşında hələ ana- ata olurlar.

Nəyisə qurban vermisiz?

“Bəli. Xoşbəxtliyimi sənət üçün həmişə qurban vermişəm. Hal-hazırda da elədi.

Xoşbəxt saymırsız özünüzü?

“Bir qadın kimi şükür ki, xoşbəxtəm ailəm var, övladlarım var bəzən özümü sıxıram, boğuram bəzi şeylərdən sənət üçün imtina edirəm. Sonra fikirləşirəm ki, insan maddi mənəvi əziyyətlər çox çəkir elə olubki, özümü xoşbəxt hiss etmişəm bəzən də əksinə. Çox vaxt ailəmə vaxt ayıra bilmirəm konsertlər, toy, qastrol səfərləri imkan  vermir. Əslində edirəm amma qane olmurlar deyirlər bizə vaxt az ayırırsan. Başqa sənət dostlarıma baxsanız ikinci bir insan tanımıram bu qədər ailəsinə vaxt ayırsın. Evdə olanda da deyirlər ki, “mama sən bizi çox tənbeh edirsən” az müddətdə çox şey demək istəyirəm deyə belə olur. Mən  ancaq səhnədə olanda xoşbəxt oluram.

Belə nəticəyə gəlmək olar ki,  xoşbəxtliyiniz 3-4 dəqiqədir.

Konsert olanda saat yarım olur(gülür).

Roza Zərgərli adı övladlarınıza cəmiyyətdə hansısa çətinliyi törədib?

“Mənə deyirlər mama, bizə özümüzə görə yox sənə görə dəyər vereməyə çalışırlar və yaxud sənə görə ayağımızdan basmaq istəyirlər. Roza Zərgərlinin övladı olmaq çətindir. Ümumiyyətlə sənətçi ailəsində böyümək çox çətindi”.

Kutle oturub durursunuz

Men musqilerimi kutleye yedirdirirem bezi insanlar var ki yungul musiqilere qulaq asir durub onlara gore ele mahni oxumayacam ki, öz zövqumle onarinkini tutuzdururam. Ara mahnılari.

Bu günə gördüyünüz işlər sizi qane edirmi? Özünüz özünüzdən razısınızmı?

Mən bu işləri başqa yerdə görsəydim başqa yerlərdə ola bilərdim.Bizdə bəzi insanların təfəkkürü hələ formalaşmayıb. Mənim oğlum deyir ki, mən heç bir müğənninin yazdığı kitabı alıb oxumaram yəni “müğənni yazan kitab nə olacaq?” bax onun kimi düşüncəli gənclərimiz çoxdu. Bəzi üzərimizdə olan fikirlər var ki, onları qəbul etmirəm. Niyə axı müğənni deyəndə savadsız, məntiqsiz,   mütaliəsiz biri başa düşülməlidi. Təəssüf ki, belə müğənnilər çoxdu.

 

 

Sevinc Xeyrulla