Bu barədə Gununsesi.info-ya Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən (QMİ) məlumat verilib.
Məlumatda qeyd olunub ki, hazırda zəvvarların əksəriyyəti Məkkə şəhərindən Mədinəyə gedib.
Sentyabrın 12-də ilk zəvvar qurupunu gətirəcək təyyarə yola çıxacaq.
Zəvvarları gətirən ilk təyyarə Bakı vaxtı ilə saat 16:30-da paytaxtda olacaq.
Həmin gün hacıları gətirən daha bir təyyarə reysi həyata keçiriləcək.
Digər zəvvarlar isə sentyabrın 13-ü,14-ü və 15-də Azərbaycana dönəcəklər.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib.
Gununsesi.info









