Sabah dolu düşəcəyi gözlənilir

  • Müəllif: admin
  • 22 Sentyabr 2016 14:07

atu6et3ao4o0

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə sentyabrın 23-də  Bakıda və Abşeron yarımadasında  hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Bu haqda Gununsesi.info-ya  ETSN mətbuat xidmətindən məlumat verilib.

Belə ki, havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 23-27, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə  şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 14-19 dərəcə isti olacaq.

Gülnaz Qənbərli

Gununsesi.info