Sabah Elmar Məmmədyarov Vyanada Edvard Nalbandyanla görüşəcək

  • By admin
  • 05 Dekabr 2017 15:42
Sabah Vyanada Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında növbəti görüş olacaq.
Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, görüş  ATƏT-ə üzv ölkələrin XİN baçıları Şurasının 24-cü iclası çərçivəsində reallaşacaq.
Dekabr 6-da E. Nalbandyan ATƏT MQ həmsədrləri  və  Elmar Məmmədyarovla görüşü olacaq.
Azərbaycan XİN başçısı Elmar Məmmədyarov  ATƏT-ə üzv ölkələrin XİN baçıları Şurasının 24-cü iclasında iştirak etmək üçün  Moskvadan Vyanaya uçacaq.
Qeyd edək ki, Azərbaycan XİN başçısı Xəzəryanı ölkələrin XİN başçılarının 4-5 dekabrda Moskvada keçirilən  toplantısında iştirak etmək üçün dekabrın 4-də Rusiyaya səfər edib.  Azərbaycanlı nazir Vayanaya Moskvadan  uçacaq.
Mürtəza
Gununsesi.info