Sabah güclü külək əsəcək, 12 DƏRƏCƏ İSTİ OLACAQ

  • By admin
  • 20 Dekabr 2017 12:56

Dekabrın 21-də Bakıda və Abşeron yarımadasında  havaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  Gununsesi.info-ya bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 21-də bəzi yerlərdə yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı,  gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Gununsesi.info