Daha bir jurnalist öldürüldü

  • Müəllif: admin
  • 20 Dekabr 2017 13:00

Naməlum şəxslər 34 yaşlı jurnalisti məktəbə uşağının yanına gələrkən  hamının gözü qarşısında güllələyiblər.

Gununsesi.info xəbər verir ki, hadisə Meksikanın Verakrus ştatında baş verib.

AR-in yaydığı məlumata görə, bu 2017-ci ildə Meksikada sayca öldürülən 10-cu jurnalistdir. 34 yaşlı Qumaro Peresa məktəbdə övladının tədbirinə gələrkən naməlum şəxslər tərəfindən onlarla valideyn və uşaqların gözü qarşısında güllələnib.

Peres yerli mətbu orqanlarında cinayətkarlıqla bağlı yazılar yazıb.

Gununsesi.info