
Sabah saat 11.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Nardaran işiylə bağlı aşağıdakı şəxslərin məhkəməsi olacaq Bu barədə Gununsesi.info-ya vəkil Fariz Namazlı məlumat verib.
1. Bağırov Taleh Kamil oğlu
2. Cəbrayılov Rasim Mirzə Baba oğlu
3. Mustafayev Zakir Tapdıq oğlu
4. Cabbarov Cabbar Əmirxan oğlu
5. Babakişizadə Cahad Bala Hüseyn oğlu
6. Abdullayev Şamil Adil oğlu
7. İsmayılov Aqil Azər oğlu
8. Yariyev Ramin Məhərrəm oğlu
9. Quliyev Abbas Əbdülrəhman oğlu
10. Xudaverdiyev İbrahim Məmməd oğlu
11. İsmayılov Etibar Rasim oğlu
12. Əkbərov Bəhruz Rahib oğlu
13. Nuriyev Əli Həsrət oğlu
14. Vəliyev Əlibala Cavad oğlu
15. Balayev Fərhad Nəsrəddin oğlu
16. Tağızadə Abbas Hafiz oğlunun Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29, 120.2.1, 29.120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.12, 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279, 281.2, 283.2.3, 315.2-ci maddələri
17. Hüseynov Abbas Məmmədbağır oğlunun AR CM-nin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29, 120.2.1, 29.120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.12, 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279, 281.2, 283.2.3, 315.2-ci maddələri
18. Qəhrəmanlı Fuad Əli oğlunun AR CM-nin 220.2, 281.2 və 283.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair iş icrata götürülüb.
Qeyd edək ki, ötən il noyabrın 26-da Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Nardaranda əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə həmin şəxslərdən 4 nəfəri məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Başlanılan cinayət işi üzrə 70 nəfər saxlanılıb. Hazırda 50 nəfərdən çox şəxsin cinayət iş üzrə ibtidai istintaq davam etdirilir. Onlar Cinayət Məcəlləsinin 18 maddəsi üzrə ittiham olunurlar. Əməliyyat zamanı 2 polis əməkdaşı həlak olub.
Gununsesi.info












