Sabah rayonlara dolu yağacaq

  • By admin
  • 04 İyun 2016 12:46

Havaa

 

 Sabah bəzi rayonlara dolu yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən  məlumatına görə Bakıda və Abşeron yarımadasında
iyunun 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-21, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 29-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

Gununsesi.info