Şəhriyar Məmmədyarov Fabiano Karuanuyı məğlub etdi

  • By admin
  • 04 İyun 2016 12:33

 Şəhriyar Məmmədyarov

Azərbaycan qrossmeysteri Vüqar Həşimov memorialında növbəti qələbəsini qazanıb. Gununsesi.info xəbər verir ki, VIII turda Məmmədyarov hazırda dünyada iki nömrəli şahmatçı sayılan Fabiano Karuanuyı məğlub edib. Gununsesi.info-nun məlumatına görə, turun bütün qalan oyunları (Eltac Səfərli – Sergey Karyakin, Pavel Elyanov – Rauf Məmmədov, Aniş Giri – Hou İfan, Teymur Rəcəbov – Pentala Harikrişna görüşləri) sülhlə başa çatıb. Səkkiz turdan sonra iştirakçıların vəziyyəti belədir: Fabiano Karuana və Aniş Giri – hərəyə 5,5 xal, Şəhriyar Məmmədyarov – 5 xal, Sergey Karyakin– 4,5 xal, Pentala Harikrişna – 4 xal, Rauf Məmmədov, Teymur Rəcəbov – hərəyə 3,5 xal, Eltac Səfərli, Pavel Elyanov – hərəyə 3 xal, Hou İfan – 2,5 xal. Bu gün keçiriləcək sonuncu, doqquzuncu turda aşağıdakı cütlüklər qarşılaşacaqlar: Şəhriyar Məmmədyarov – Aniş Giri, Sergey Karyakin – Fabiano Karuana, Pentala Harikrişna – Eltac Səfərli, Pavel Elyanov – Teymur Rəcəbov, Hou İfan – Rauf Məmmədov. Turnir bu gün başa çatır.

Gülnaz Qənbərli