Sabah Yel çərşənbəsidir

  • By admin
  • 06 Mart 2017 10:16

yel-1

Martın 7-si Novruza hazırlıq mərhələsinin mühüm hissəsini təşkil edən İlaxır çərşənbələrin üçüncüsü Yel çərşənbəsidir.

Bu çərşənbə xalq arasında “Küləkli çərşənbə”, “Külək oyadan çərşənbə”, “Yelli çərşənbə”, “Badi (külək) çərşənbə”, “Nəfəs çərşənbə”, Muğanın bir sıra kəndlərində isə “Heydər çərşənbə” adlandırılır.

Gununsesi.info xəbər verir ki, Yel dünyanı dolaşır, suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir. Qədim etiqadlara əsasən, torpağın altında – “qara nəhrdə” yatmış dörd cür külək yer üzərinə çıxaraq, özünü müxtəlif libaslarda göstərir.

Yel çərşənbəsində adətən hava təmizlənir. Gün ərzində küləyin bir neçə dəfə səmtini dəyişməsi onun özünü təmizlənməsi kimi qəbul edilir.

Yel-külək həm də Tanrı səviyyəsində təzahür olunmuşdur. Dini mənbələr və səma kitablarında Yel dünyanı idarə edən tanrı hesab olunur, yaxud da Allah tərəfindən göndərilən bir antropomorf kimi təsəvvür edilir. Məsələn, Məhəmməd peyğəmbər əleyhissəlam buyurub ki, külək Allahın qullarına bir nemətidir. Bəzən insanlara rahatlıq, bəzən də əzab gətirir. Külək olduğu zaman ona söyməyin, onun xeyrini istəyin, şərindən də Allaha sığının, başqa sözlə, külək Allahın əmrindəndir.

Qeyd edək ki, yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 14:29-də olacaq.

Anar

Gununsesi.info