Sabahın havası- DUMANLI, ÇİSKİNLİ

Sabahın havası

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,  gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Mülayim cənub-qərb küləyi  arabir güclənəcək. Havanın temperaturunun gecə  10-13° isti, gündüz  15-18° isti, Bakıda gecə  11-13° isti, gündüz  16-18° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 764  mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-70 % olacaq.

Noyabrın 20-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı, ayrı-ayrı qərb rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-6° isti,  gündüz 8-13° isti olacağı gözlənilir.

Gununsesi.info

COMMENTS