Sabiq deputat hücuma məruz qaldı - VİDEO

  • Müəllif: admin
  • 04 Mart 2017 18:06

sabir deputat sinan ogan

Əslən azərbaycanlı olan, Türkiyə parlamentinin keçmiş deputatı Sinan Oğan Bağçaşəhər Universitetində çıxışı zamanı hücuma məruz qalıb.

Gununsesi.info publika.az-a istinadən xəbər verir ki, MHP-dn xaric edilən və referendum üçün “xeyr” istiqamətində işlər həyata keçirən siyasətçilərdən olan Sinan Oğan çıxış edərkən “hərəkatın lideri Dövlət Bağçalıdır” deyə bir nəfər səhnəyə çıxıb və keçmiş deputata hücum edib.

Təhlükəsizlik əməkdaşları həmin şəxsi kənarlaşdırıb. Hadisə nəticəsində xəsarət almayan Sinan Oğan yenidən kürsüyə çıxaraq çıxışını davam etdirib.

Gununsesi.info