
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ-ın Rusiyaya qarşı tətəbiq etdiyi son sanksiyalar və bu snksıyaıaran Ermənistan-Azərbaycan münaqişəsinə təsiri ilə bağlı mövqeyini bölüşüb.
Gununsesi.info xəbər verir ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları bu ölkənin iqtisadiyyatına ciddi zərbə vuracaq.
“Hətta rusiyalı nazirlər belə Ağ Evin bu sanksiyalarının Rusiya iqtisadiyyatına hansı ağır zərbələr vuracağını dilə gətiriblər və bu sanksiyalar iki ölkə arasındakı münasibətləri soyuq müharibə dövründəki kimi gərgin qiymətləndirirlər. Bu sanksiyalar təbii ki, Rusiya rəhbərliyinin SSRİ dağıldıqdan sonra bu ərazidə yaranan müstəqil ölkələrə qarşı yürütdüyü ciddi xarici səhv siyasətinin nəticəsidir. Məhz bu səhv siyasətin nəticəsidir ki, Rusiyanın əhatəsində olan ölkələrdə münaqişə ocaqları hökm sürməkdədir və Rusiyanın bu ölkələrlə münaqişəsi mövcuddur. Ancaq hər bir ölkənin xarici siyasətinin qayəsi, özünə daha çox dost və müttəfiq qazanmaqdan ibarət olmalıdır.Bu baxımdan Rusiyanın xarici siyasəti uöursuzluğa düçar olub və əgər bu siyasət davam edəcəksə, Rusiyanın bu ölkələrlə münasibətlərindəki böhran daha da dərinləşəcək. Münasibətlərin korlanmasında SSRİ-nın dağılmasından sonra “münaqişələrlə idarə et” » ( Conflict management) fikrinin müəlliflərinin siyasəti müstəsna rol oynayır. Bu nəzəriyyə heç zamanında Britaniya imperiyası dağılanda ona heç də yaxşı nəticələr vermədi, əksinə Britaniyanın maraqlarına uyğun olmayan proseslərə gətirib çıxardı. Bu gün həmin nəzəriyyə Rusiyaya da müsbət nəticə vermədi və eyni şey təkrarlandı. Məhz bu səhv nəzəriyyə nəticəsində Rusiya post-sovet ölkələrinə qarşı yürütdüyü siyasət hesabına sanksiyalarla üzləşdi”- deyə, Tofiq Zülfüqarov vurğulayıb.
ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsinə təsirinə gəldikdə isə T. Zülfüqarov deyib ki, Ermənistanla Azərbaycan arasında müharibəbərpa olunacağı təqdirdə Rusiyanın açıq formada prosesə müdaxilə edə bilməyəcəyi ilə bağlı əvvəllər səsləndirdiyim fikir bir daha təsdiq edir.
“Azərbaycanla ermənistan arasında müharibə yenidən başlanacağı təqdirdə Rusiya nə hərbi qüvvələrlə, nə də digrə açıq formada prosesə müdaxilə edə bilməyəcək. Çünki Rusiyanın Ukrayna və Gürcüstana hərbi müdaxiləsi nəticəsində, ona qarşı tətbiq edilən sanksiyalar bunun bariz göstəricisidir və Kreml bir daha belə səhvə yol vermək istəməyəcək”- deyə, sabiq nazir bildirib.
Hazırladı Mürtəza
Gununsesi.info











