Sabirabad sakinindən narkotik götürülüb - FOTOLAR

  • By admin
  • 19 Sentyabr 2016 10:33

narkotik

Sabirabad polisi  tərəfindən  Həyata keçirilən əməliyat zamanı  Sabirabadda  narkotik vasitələrin qanunsuz dövriyyəsi  ilə  məşğul olan şəxs  saxlanılıb.Əməliyyat nəticəsində 120 kq-dan çox narkotik vasitə  zərərsizləşdirilərək dövriyyədən çıxarılıb.

Gununsesi.info xəbər verir ki Xaş-xaş 2016  kompleks tədbir planına əsasən Sabirabad  rayon polis  şöbəsi  əməkdaşları  tərəfindən  əməliiyat axtarış işləri  zamanı  küllü  miqdarda narkotik vasitə olan çətənə kolları aşkar  edilib.Beləki   aparılan əməliyyat  zamanı  rayonun Türkədi kənd   sakini, 55 yaşlı  Sadiq Şıxəliyevin  həyətyanı sahəsində  aqrotexniki qaydada qulluq  edilən çətənə kolları  o cümlədən  qurudulmuş   marixuana  zərərsizləşdirilib. Sadiq  Şıxəliyevin  həyətyanı  sahəsinə baxış keçirilən  zaman  0,01 hektar  ərazidə  əkilən hündürlüyü  2,1  Və 3,3 metr  ümumi çəkisi  106 kiloqram   750 qram olan  56 ədəd  çətənə kolları, eyni zamandı  kökündən çıxarılan ümumi  çəkisi  16 kq olmaqla  çətənə kollarının gövdəsi  üzə çıxıb.Bundan başqa  həyətyanı   sahədə  yerləşən əl damından  və  yaşadığı  evin yataq otağından ümumi  çəkisi 8 kq 10 qram  olan  33 ədəd  selofan  torbalarda  və ədəd   kisəyə yığılmış  qurudulmuş marixuana  xeyli miqdarda pul  və elektron  tərəzidə aşkar edilib. Saxlanılan şəxs  əməllərini etiraf  edərək  narkotik vasitələri  satış məqsədi  üçün əkib becərdiyini  bildirib.

Hazırda faktla  bağlı  cinayət işi açılıb  istintaq  davam etdirilir.

narkotik3

narkotik2

narkotik1

Gununsesi.info