
Sabirabadda yanğın hadisəsi baş verib.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sabirabad şəhərində ümumi sahəsi 120 m2 olan ikimərtəbəli 7 otaqlı evin çardağının yanar konstruksiyaları 80 m2 sahədə və ev əşyaları qismən yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info












