Şabranda ağır qəza – BİR AİLƏNİN ÜÇ ÜZVÜ YARALANDI

  • By admin
  • 29 May 2021 21:40

Şabran rayonu ərazisində 3 nəfərin yaralanmasına səbəb olan qəza qeydə alınıb.

Gununsesi.info  xəbər verir ki, hadisə Şabran- Zeyvə yolunun Dağbilici kəndindən keçən hissəsində rayonun Dağbilici kənd sakini Əlabbas Qulu oğlu Cəfərovun idarə etdiyi Vaz-2109 markalı avtomaşınla Zöhrəmli kənd sakini Şaiq Əlibala oğlu Nağdəliyevin idarə etdiyi Vaz-2106 markalı avtomobil toqquşub. Nəticədə Vaz-2106-da olan sürücü və sərnişinlər-sürücünün oğlu, 22 yaşlı Osman Nağdəliyev və həyat yoldaşı xəsarət alıblar.

Hadisə yerinə FHN-nin xiilasediciləri və polis əməkdaşları cəlb olunub. Sərnişinlərdən Osman Nağdəliyev avtomobildə sıxılıb qaldığından FHN-nin xilasedicilər onu çıxarıblar.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Gununsesi.info