
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabunçu rayonunun Bakıxanov qəsəbəsində işgüzar forum keçirib.
Gununsesi.info qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
– ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması;
– istixana təsərrüfatlarının yaradılması;
– ət kəsimi, üzlük daşların, plastik qablar və corab istehsalı müəssisələrinin yaradılması.
Artıq sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər. Əlavə məlumat üçün Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172-yə (Telefon (012) 434-74-29, Faks (012) 432-37-17, e-mail: info@anfes.gov.az ) müraciət etmək olar.
Anar
Gununsesi.info











