Sabunçuda yanan evdə meyit tapılıb

  • Müəllif: admin
  • 30 Mart 2018 09:39

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzildə 1 ədəd çarpayı və 2 ədəd televizor yanıb.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya  verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1964-cü il təvəllüdlü Seyidov Slavik Seyid oğlunun qismən yanmış meyiti aşkar olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info