Şagirdlərə güzəştlər edilə bilər - Nazirlik rəsmisi

  • By admin
  • 22 Fevral 2022 12:01

“Şagirdlərin biliyinin qiymətləndirilməsi zamanı müəyyən güzəştlər edilə bilər”.

Gununsesi.info xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev məlumat verib.

O qeyd edib ki, məktəblərdə əyani tədris bərpa olunandan bəri dərslər, demək olar, fasiləsiz keçirilir:

“Əmin ola bilərsiniz ki, məktəblər koronavirusa görə distant təhsilə keçsə belə, şagirdlər dərsləri onlayn qaydada keçiblər. Belə olan halda müəllimlərə imkan yaranır ki, şagirdlər dərsə geri qayıtdıqda əlavə dərslər keçsinlər və əksik olan mövzuları tamamlasınlar. Təbii ki, pandemiyanın təsiri də danılmazdır. Müəllimlərimiz də bunu nəzərə alır. Ola bilsin ki, qiymətləndirmə zamanı sualların səviyyəsi və sayında müəyyən güzəştlər edilsin. Ümumilikdə isə şagird və valideynlər illik biliklərinin düzgün şəkildə qiymətlərilməsində maraqlıdırlar. Hesab etmirəm ki, kortəbii güzəşt şagirdə, valideynə və cəmiyyətə xeyir verər”.

Gununsesi.info