Sahib Ələkbərov: “Vergi sistemində dəyişiklik olacaq”

  • By admin
  • 26 İyul 2016 15:40

sahib

Bu ilin ilk yarısında Azərbaycanın neft sektorundan vergi daxilolmaları 33,6% azalıb. Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərlə keçirilən görüşdə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, qeyri-neft sektorunda vergi daxilolmaları artıb: “Neft sektorundan fərqli olaraq, qeyri-neft sektorundan daxilolmalar 9,4% artıb”.

Bununla yanaşı, bildirilib ki, bu ilin ilk yarısında neft sektorundan büdcə daxilolmaları 21,8%, qeyri-neft sektoru isə 78,2% olub.

Nazir müavini vergi sistemində yeni dəyişiklər olacağının da mesajını verib: “Payızda vergi sistemində böyük dəyişikliklər olacaq və yanvarın 1-dən qüvvəyə minəcək”.

 

Gununsesi.info