“Sahib olduğunuz pulu və işinizi itirə bilərsiniz” -XOŞQƏDƏM HIDAYƏTQIZI

  • By admin
  • 11 Yanvar 2017 11:38

xosqedem 

Məhşur “Səni axtariram” verilişinin aparıcısı, tanınmış jurnalist  Xoşqədəm Baxşəliyeva doğum gununə hazırlaşır. 

Gununsesi.info-nun xəbərinə görə, bu haqda o, sosial şəbəkədəki səhifəsində  yazıb: “Doğum günümə iki gün qaldı. Bir həftədir, özümü dərk etdiyim gündən, keçdiyim həyat yoluma, qarşılaşdığım çətinliklərə nəzər saldım. Qazandıqlarımla bərabər itirdiklərim də var. Şükür olsun Allahıma, həyatdayam, sağlamam və sevdiklərim yanımdadır. Yəni ki, dostlar, bir gün sahib olduğunuz pulu və işinizi itirə bilərsiniz. Əsas odur ki, sevdiklərinizi və sağlamlığınızı itirməyəsiniz. Gerisi asandır”.

Gülnaz Qənbərli

Gununsesi.info