Sahil Babayevdən Səlim Müslümovun məşhur kadrına etimad - CAVABSIZ SUAL

  • Müəllif: admin
  • 19 May 2018 08:53

Səlim Müslümovun işdən azad edilməsilə ümidlənən və gənc nazir Sahil Babayevdən müsbət gözləntiləri olan  aztəminatlı insanlar artıq məyus olmağa başlayıblar. Səbəb Babayevin atdığı ilk addımlardır. Yeni nazir, nazirlikdə kök salmış  Səlim-Əjdər cütlüyünün nazirlik  strukturlarına yerləşdirdiyi maxinasiya ustalalarını tamamilə təmizləmək əvəzinə yalnız birini azad edib. Onun yerinə daha peşəkarını gətirməkdədir. Bir neçə gün bundan əvvəl Bakının Sabunçu rayonunda olan kadr dəyişilkliyi buna misaldır. Pensiya fondunun rayon şöbəsinin müdiri Əlbarat Poladovu işdən azd edərək yerinə həmin şöbənin pensiya təyinatı sektorunun müdiri  Firdovsi Əliyevi təyin etməsi yeni nazirin ilk və böyük  səhvi sayıla bilər.

Əlbarat Poladov Əjdər Cəbiyevin  qohumu idi. Əjdər Cəbiyevin nazirliyin bütün strukturlarında çox böyük korrupsiya və rüşvətxorluğa  zəmin yaratdığı barədə iddialar var. Onun sistemə yerləşdirdiyi  kadrların da bu əməllərdə iştirakı danılmazdır. Bu baxımdan Poladovun işdən azd olunması təqdir  olunmalıdır. Amma onun yerinə təyin edilən F.Əliyev kimdir?

Hörmətli nazir bununla maraqlanıbmı?  Görünür maraqlanmayıb. Maraqlansa bilərdi ki, həmin şəxs əvvəllər Xətai şöbəsində işləmiş, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin məlum əməliyyatından sonra  Sabunçu şöbəsinə keçirilib, pensiya məsələləri üzrə  “tanınıan”, eyni zamanda Səlim Müslümovun ev xidmətçisinin oğludur. Yəni, Səlim Müslümovun himayəsində olan bir şəxsdir.  Belə çıxır ki, ya bu adamın yeni “dayısı” meydana çıxıb və yeni nazirə F.Əliyevi  mələk kimi təqdim edib. Ya da yeni nazirin kadr siyasəti sələfinin də olduğu kimi sadəcə imitasiyadır.

Gununsesi.info