
Bakı metropoliteninin “Sahil” stansiyası bu ayın sonundan təxminən 1 illik təmirə bağlanacaq.
Gununsesi.info-nun məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev baku.ws-ə səbəri təsdiqləyərək, “Sahil” metro stansiyasının təmir olunacağını deyib.
Onun sözlərinə görə, bu ayın axırı metro stansiyada təmirə başlanacaq. N.Paşayev təmirin hansı müddəti əhatə edəcəyi barədə hələlik məlumat verməyib.
Gununsesi.info












