Saleh Rüstəmovun azad ediləcəyinə inanıram - BƏHRUZ BAYRAMOV

  • By admin
  • 28 Aprel 2022 16:29

“Mən ümid edirəm ki, Saleh Rüstəmovun adı imzalanacaq əfv siyahısında olacaq. Həbsdə olduğu zaman keçirdiyi aclıq aksiyası orqanizmində bir sıra fəsadlar yaradıb”. 

 

Bunu Gununsesi.info-ya açıqlamasında vəkil Bəhruz Bayramov qarşıda gözlənilən əfv sərəncamı  siyasi məhbus Saleh Rüstəmovun adının daxil edilib-edilməməsinə dair suala cavabında deyib.

Vəkilin sözlərinə görə, Saleh Rüstəmovun azadlığa buraxılması üçün vətəndaş cəmiyyəti qurumlarından, habelə dünyanın nüfuzlu insan haqları təşkilatlarından hökumətə müraciətlər olub.

Gülnar Məmmədli

Gununsesi.info