“Salyanda 20 məktəbdə direktor yoxdur” - Deputat

“Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin təxminən 1/6-də direktor yoxdur. Məsələn, təmsil etdiyim Salyan rayonunda 20 məktəbdə direktor yoxdur”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri deputat Fəzail Ağamalı Milli Məclisin iclasında deyib.

Deputat qeyd edib ki, “Təhsil haqqında” və “Elm haqqında” qanunlara ciddi dəyişikliklərin edilməsinə ehtiyac var.