Şamaxıda Nəsimiyə həsr olunan tədbir keçirildi

  • By admin
  • 29 Sentyabr 2019 19:28
Dahi Nəsimiyə həsr olunub bu il. Bu münasibətlə hər yerdə tədbirlər düzənlənir, poeziya gecələri təşkil olunur. Ölməz İmadəddin qəzəlləri dildən-dilə, ağızdan-ağıza dolaşır.
Gununsesi.org xəbər verir ki, növbəti tədbirlərdən biri də qədim yurd yerimiz olan, şairin doğulduğu şəhərdə – hüsnünə heyran qaldığım Şamaxıda düzənləndi …
Bənzərsiz ab-hava vardı bu gün. Sanki Şamaxı torpağının hər qarışı qonaqlarına “məndə sığar iki cahan” deyə, şərqilər söyləyirdi… Şərqin bu ölməz dühasına həsr olunan tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Prezident Administrasiyası humanitar siyasət şöbəsinin müdiri Fərəh Əliyeva, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, dövlət rəsmiləri, ziyalılar və yerli icra-idarəetmə orqan rəhbərləri iştirak etdilər.
Nəsimi dünyasından söz açıldı, AzTV- nin və Beynəlxalq Muğam Mərkəzinin solisti Almaxanım Əhmədlinin ifasında qəzəllərAlmaxanımın ifasında səslənən “Heyratı” zərb muğamını Əfqanıstandan gəlmiş instrumental ifaçılarla bizim kanon ifaçıları sintez yaradaraq müşayiət etdilər,qəzəlləri oxundu, musiqilər səsləndi. Sözlə melodiyanın vəhdətindən doğan şərqilər toplaşanlara fərqli hisslər yaşatdı. Bu gün qədim Şamaxı torpağında onun ölməz, əbədiyaşar bir oğlunun – Nəimi yadigarı Nəsiminin ruhu dolaşdı. İlin mübarək, şair. Qocaman Şərqin “ənəlhəqq” İmadəddini!!! …
Gununsesi.org