“Samur-Abşeron” su kanalının tikintisi 1.3 MLRD AZN ÖTÜB

  • By admin
  • 15 Fevral 2018 16:58

«Samur-Abşeron suvarma sisteminin yenidən qurulması» layihəsinə çəkilən xərc 1 milyard 380 milyon manata çatıb.

Gununsesi.info bunu Dövlət Neft Fonduna istinadən xəbər verir.

Məlumatda deyilir ki, 2017-c ildə sözügedən layihəyə ayrılan vəsaitin həcmi 70 milyon manat olub. Qeyd edək ki, layihənin əsas məqsədi Bakı və Sumqayıt şəhərlərinin su təchizatı sistemləri üçün sabit su sərfinə malik etibarlı su mənbəyi yaratmaq, suyun nəqlində mövcud enerji sərfini aradan qaldırmaq və bunun müqabilində 25 MVT gücündə enerji istehsal etməkdir.

“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin idarə edilməsi və sifarişçisi Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə (AMST ASC) tapşırılıb.

Kanalın tikintisi ümumilikdə AMST ASC-nin sifarişi əsasında aşağıdakı işlər çərçivəsində həyata keçirilməkdədir:

I mərhələ:

1. “Taxtakörpü su anbarının su elektrik stansiyası ilə birgə tikintisi” obyektləri üzrə ümumilikdə, 564,7 milyon manat, o cümlədən, “Texniki və tender sənədlərinin hazırlanması” işləri üçün 0,1 milyon manat, “Kompensasiyaların ödənilməsi” üçün 2,4 milyon manat, “Yanaşma yollarının tikintisi” məqsədilə 7,99 milyon manat, “Tikinti zolağına düşən ərazidə məskunlaşmış əhalinin köçürülməsi” üçün Şabran (Dəvəçi) rayonunun Güləmli qəsəbəsində 70 evin tikintisi məqsədilə 1,5 milyon manat, “Tikinti zolağına düşən neft və qaz kəmərinin köçürülməsi” işləri üzrə 20,0 milyon manat və “Taxtakörpü su anbarının Su Elektrik Stansiyası ilə birgə tikintisi” obyekti üzrə 532,7 milyon manat məbləğində vəsait tam istifadə olunub.

2. “Taxtakörpü-Ceyranbatan kanalının tikintisi” obyektləri üzrə ümumilikdə, 406,2 milyon manat, o cümlədən, “Texniki və tender sənədlərinin hazırlanması” işləri üzrə 1,7 milyon manat, “Kompensasiyaların ödənilməsi” məqsədilə 2,8 milyon manat və “Taxtakörpü-Ceyranbatan kanalının tikintisi” obyekti üzrə 401,7 milyon manat məbləğində vəsait sərf edilib.

3. “Vəlvələçay-Taxtakörpü kanalının tikintisi” üzrə Azərbaycan Respublikası hökuməti ilə İslam İnkişaf Bankı, Səudiyyə İnkişaf və OPEC Beynəlxalq İnkişaf Fondları arasında 42,6 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanmış, 2009-cu ilin 4-cü rübündən etibarən Vəlvələçay-Taxtakörpü kanalının bir hissəsinin tikintisi Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilməyə başlanılmışdır. Neft Fondu tərəfindən bu obyektin tikintisinə 167,0 milyon ABŞ dolları məbləğində vəsait ayrılmış və tam istifadə olunub.

“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində Tахtаkörpü su аnbаrı, Vəlvələçаy-Tахtаkörpü və Tахtаkörpü-Cеyrаnbаtаn kаnаllаrının tikintisi bаşа çаtdırılıb və 28 sеntyаbr 2013-cü il tаriхində açılış mərаsimi оlub.

II mərhələ:

4. “Şimal çaylarında sugötürən qurğuların və nəqledici kanalların tikintisi” obyekti.

4.1. Texniki və tender sənədlərinin hazırlanması.

Bu obyekt üzrə işçi-layihə və tender sənədlərinin hazırlanması işlərinin satınalınmasına dair “AMST” ASC və Türkiyənin “Təməlsu” Beynəlxalq Mühəndislik xidmətləri ilə 30 oktyabr 2013-cü il tarixində 3,4 milyon manat məbləğində müqavilə imzalanıb.

4.2. “Şimal çaylarında sugötürən qurğuların və nəqledici kanalların tikintisi” (1-ci növbə üzrə Qusarçay, Qudyalçay və Caqacuq çayları) obyekti.

Bu obyekt üzrə işlərin satınalınmasına dair “AMST” ASC və “Evrascon” ASC ilə 30 iyun 2014-cü il tarixində 56,3 milyon manat məbləğində müqavilə imzalanıb. Bu müqavilə üzrə, ümumilikdə, 53,1 milyon manat vəsait istifadə olunub. Bu müqavilə üzrə 2017-ci il ərzində ödəniş baş verməyib.

5. “Şabran, Siyəzən və Xızı rayonlarının ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” obyekti.

5.1. Texniki və tender sənədlərinin hazırlanması. Texniki və tender sənədlərinin hazırlanması. 15.04.2014-cü il tarixində “AMST” ASC və Türkiyənin “Təməlsu” Beynəlxalq Mühəndislik xidmətləri ilə “Şabran, Siyəzən və Xızı rayonlarının ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” obyekti üzrə işçi-layihə və tender sənədlərinin hazırlanması işlərinin satınalınmasına dair 8,95 milyon manat məbləğində müqavilə imzalanıb.

5.2. Xızı rayonu ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi və SAK sisteminə birləşdirici kanalın tikintisi.Bu obyekt üzrə işlərin satınalınmasına dair “AMST” ASC və “Evrascon” ASC ilə 12 noyabr 2014-cü il tarixində 89,4 milyon manat məbləğində müqavilə imzalanmışdır. Bu müqavilə üzrə ümumilikdə 74,6 milyon manat vəsait yönəldilib. Bu müqavilə üzrə 2017-ci il ərzində 15,9 milyon manat vəsait xərclənib.

5.3. “Şabran, Siyəzən və Xızı rayonları ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsinə daxil olan SAK sisteminin qidalandırıcı-birləşdirici kanalın tikintisi” obyekti. Bu obyekt üzrə işlərin satınalınmasına dair “AMST” ASC ilə “Evrascon” ASC arasında 14 avqust 2015-ci il tarixində 4,7 milyon manat məbləğində müqavilə imzalanıb. Bu müqavilə üzrə, ümumilikdə, 4,4 milyon manat istifadə olunub və cari ilin üç rübü ərzində ödəniş baş verməyib.

5.4. “Şimal çaylarında sugötürən qurğuların və nəqledici kanalların tikintisi” və “Şabran, Siyəzən və Xızı rayonlarının ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” obyektlərinin tikintisinə məsləhətçi xidmətlərinin yerinə yetirilməsi. Bu işlərin satın alınmasına dair “AMST” ASC ilə Türkiyənin “Təməlsu” Beynəlxalq Mühəndislik xidmətləri Anonim Şirkəti arasında 27 avqust 2014-cü il tarixində 3,2 milyon manat məbləğində müqavilə imzalanıb. Bu müqavilə üzrə, ümumilikdə, 1,4 milyon manat, o cümlədən 2017-ci il ərzində 550 min manat vəsait yönəldilib.

5.5. “Şabran, Siyəzən və Xızı rayonlarının ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” (Şabran rayonu üzrə) obyekti. Bu obyekt üzrə işlərin satınalınmasına dair “AMST” ASC ilə “Azneftmaş” ASC arasında 09 sentyabr 2016-ci il tarixində 228,4 milyon manat məbləğində müqavilə imzalanıb. Bu müqavilə üzrə ümumilikdə 53,1 milyon manat vəsait istifadə olunub.

5.6. “Siyəzən rayonunun ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi və SAK sisteminə birləşdirici kanalın tikintisi” obyekti. Bu obyekt üzrə işlərin satınalınmasına dair “Evrascon” ASC ilə “Avro-Asiya İnşaat Korporasiyası” ASC arasında 28 iyul 2016-ci il tarixində 9,9 milyon manat məbləğində müqavilə imzalanıb. Bu müqavilə üzrə 2017-ci ilin üç rübü ərzində ödəniş baş verməyib.

6. Layihənin İşçi Qrupunun saxlanılması.

Bu günə qədər layihəni idarə edən işçi qrupunun saxlanılması üçün ümumilikdə 4,7 milyon manat vəsait ayrılıb.

Vüsalə Rüstəmova

Gununsesi.info