Samur-Abşeron suvarma kanalı 1 milyard 387 milyon manat “yeyib”

  • By admin
  • 19 Aprel 2018 16:58

Bu ilin 1 aprell tarixinə olan məlumata görə, “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə  1 milyard 387 mmilyon manat xərclənib.

Gununsesi.info bunu Dövlət Neft Fonduna istinadən xəbər verir.

Məlumata görə 2018-ci ilin 1-ci rübündə 8,1 milyon manat vəsait istifadə olunub. Qeyd edək ki, layihənin icrasına 2006- ci ildən başlanılıb. “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin əsas məqsədi Bakı və Sumqayıt şəhərlərinin su təchizatı sistemləri üçün sabit su sərfinə malik etibarlı su mənbəyi yaratmaq, suyun nəqlində mövcud enerji sərfini aradan qaldırmaq və bunun müqabilində   25 MVT gücündə enerji istehsal etməkdir.

“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin tikintisi çərçivəsində ümumilikdə ”AMST” ASC-nin sifarişi əsasında bir sıra işlər həyata keçirilib.

Belə ki, ilkin mərhələdə Taxtakörpü su anbarının tikintisi həyata keçirilib.  Bu obyekt üzrə ümumilikdə, 564.7 milyon manat  məbləğində vəsait tam istifadə olunub.

Taxtakörpü-Ceyranbatan kanalının tikintisinə  406.2 milyon manat xərclənib. Vəlvələçay-Taxtakörpü kanalının tikintisinə isə İslam İnkişaf Bankı, Səudiyyə İnkişaf və OPEC Beynəlxalq İnkişaf Fondlarından 42,6 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanıb.  2009-cu ilin 4-cü rübündən etibarən Vəlvələçay-Taxtakörpü kanalının bir hissəsinin tikintisi Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilməyə başlanılıb. Neft Fondu tərəfindən bu obyektin tikintisinə 167.0 milyon ABŞ dolları məbləğində vəsait ayrılmış və tam istifadə olunub.

İkinci mərhələdə Şimal çaylarında sugötürən qurğuların və nəqledici kanalların inşaası həyata keçirilib.  Bu obyekt üzrə işçi-layihə və tender sənədlərinin hazırlanması işlərinin satınalınmasına dair “AMST” ASC və Türkiyənin “Təməlsu” Beynəlxalq Mühəndislik xidmətləri ilə 30.10.2013 tarixdə 3.4 milyon manat məbləğində müqavilə imzalanıb. Bu müqavilə üzrə vəsait tam istifadə olunub.

Bu günə qədər layihəni idarə edən işçi qrupunun saxlanılması üçün ümumilikdə 4.9 milyon manat, o cümlədən 2018-ci ilin 1-ci rübü ərzində 229.2 min manat məbləğində vəsait ayrılıb.

Vüsalə

Gununsesi.info