Gəncənin Nizami rayonunda quldurluq hadisəsi baş verib. Gununsesi.info xəbər verir ki, hadisə rayonun Mirzə Fətəli Axundov küçəsində yaşayan 54 yaşlı Bulxar Zeynalova qarşı törədilib.
Axşam saatlarında işlədiyi köşkün qapısnı bağlayaraq evinə getməyə hazırlaşan 54 yaşlı qadın naməlum şəxsin hücumuna məruz qalıb.
Qadın Gəncə şəhər polis idarəsinə müraciət edərək hücuma məruz qaldığını və bu zaman naməlum şəxsin onu bıçaqlqa hədələyərək 90 manat pulunu quldurluq yolu ilə aldığını bildirib.
Əməliyyat-axtarış tədbirlərini həyata keçirən hüquq mühafizə orqanı əməkdaşları hadisədə şübhəli bilinən Gəncə şəhər sakini 33 yaşlı Vüqar Xəlilovu saxlayıb. İdarəyə gətirilən Vüqar Xəlilov törətdiyi əməli etiraf edib.
Onun sözlərinə görə hadisə vaxtı evə getmək üçün dayancaqda avtobus gözləyib. Bu zaman isə zərərçəkən Bulxar Zeynalova köşkü bağlayıb evə getməyə hazırlaşıb. Vüqarın sözlərinə görə o, planını həyata keçirmək üçün qadını izləyib və bütün bu baş verənlər onun üçün sanki bir yuxu olub .
Saxlanılan V.Xəlilovun ətrafında aparılan araşdırmalar zamanı məlum olub ki sözü gedən şəxs yüngül həyat tərzi keçirib. Cinayəti isə borcu olduğu üçün törədib.
Hazırda Gəncə şəhər polis idarəsində onun bənzər əməllərdə əlinin olub olmaması araşdırılır.
Gununsesi.info