Sankt-Peterburqda yaşayan azərbaycanlı bədbəxt hadisə nəticəsində öldü

  • Müəllif: admin
  • 01 Sentyabr 2016 10:36

c57dfae5f769bb2d9c7d71e43a3ab701

Rusiyanın Sankt-Peterburq şəhərində bədbəxt hadisə azərbaycanlının ölümü ilə nəticələnib.

Gununsesi.inf0-nun məlumatına görə, bu barədə “Life78” saytı xəbər yayıb.  Məlumata görə, avqustun 31-də Admiralteysk rayonunda yerləşən mebel sexində lövhə 57 yaşlı Azərbaycan əsilli sex rəisinin üstünə düşüb.

Onun döş qəfəsinin ağır zədələrindən öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.inf0