Sarkisyan danışıqları yarımçıq qoyub salonu tərk etdi - VİDEO

  • By admin
  • 22 Aprel 2018 13:08
Ermənistanın Baş naziri Serj Sarkisyan ölkədə keçirilən etiraz aksiyasının lideri Nikol Paşinyanla hoteldəki görüşünü yarımçıq qoyaraq tərk edib.

Gununsesi.info Real TV-ə istinadən xəbər verir ki, Paşinyanın kəskin mövqeyi Sarkisyanın xoşuna gəlməyib.

Baş nazir müxalifət liderini dövləti şantaj etməkdə günahlandırıb.

Sarkisyan danışıqların jurnalistlərin qarşısında deyil, bağlı qapılar arxasında keçirilməsini istəyib. Lakin Paşinyan buna razı olmayıb.

Müxalifət lideri bildirib ki, danışıqlar zamanı yalnız Sarkisyanın istefası müzakirə olunacaq.

Bundan sonra Sarkisyan görüşün keçirildiyi salonu tərk edib.

Görüşdən sonra isə Paşinyan həbs edilib. Polis İrəvanın Erebuni rayonunda etirazçıları mühasirəyə alıb, müxalifətin aksiyası dayandırılıb. Polis aksiyaçıları əhatəyə alıb və Paşinyanı kütlənin içindən çıxararaq aparıb.

Gununsesi.info