Şarl Mişeldən Ermənistan -Azərbaycan sərhədindəki gərginliyə REAKSİYA - FOTO

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla təmas halında olduğunu bildirib.

Bu barədə o, “Twitter” hesabında yazıb.

O bildirib ki, Jozep Borrel Aİ-nin xüsusi nümayəndəsi Toyvo Klaardan gərginliyin qarşısını almaq üçün Bakı və İrəvana səfər etməyi xahiş edib.

“Ermənistan-Azərbaycan sərhədində döyüşlərin getməsi ilə bağlı xəbərlər son dərəcə narahatedicidir. Tam və davamlı atəşkəsə ehtiyac var.

Sülh və sabitliyə alternativ yoxdur – bunu təmin etmək üçün diplomatiyaya alternativ yoxdur”, – deyə o qeyd edib.

 

Gununsesi.info