Saxta pul hazırlayanlar yaxalanıb - FOTOLAR

  • By admin
  • 11 İyul 2016 13:10

saxta2

 

Daxili işlər orqanları ölkənin maliyyə sisteminə təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib. Gununsesi.info xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan məlumata əsasən  paytaxtda saxta pulun dövriyyəyə buraxılacağı bildirilib.

Dərhal keçirilən əməliyyat tədbiri nəticəsində Quba rayon sakini Pərvin Yusifov paytaxtın Nizami rayonu ərazisində 13000 manat saxta pul əskinaslarını və 2300 ABŞ dollarına satmaq istəyən zaman saxlanılıb.

Bundan başqa əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Pərvin Yusifovla birgə saxta pul əskinaslarını hazırlayan əvvəllər məhkum olunan Bərdə rayon sakini Vüsal Quliyev də saxlanılaraq istintaqa təqdim olunub.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

saxta1

 

saxta

 

Gununsesi.info