Seçki günü təcili yardım gücləndirilmiş rejimdə işləyəcək

  • Müəllif: admin
  • 05 Aprel 2018 13:43

Azərbaycanda aprelin 11-də keçirilməsi nəzərdə tutulan Prezident seçkilərində təcili yardım gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Gununsesi.info-nun məlumatına görə, bunu Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, təcili yardımın bütün işçiləri iş başında olacaq: “Hər bir çağırışa çevik cavab verəcəyik”.

Gununsesi.info