Seçkilərin vaxtının önə çəkilməsi Azərbaycanın MİLLİ MARAQLARINA XİDMƏT EDİR - MİLLİ QHT FORUMU

  • Müəllif: admin
  • 05 Fevral 2018 17:14
Azərbaycan Prezidenti İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunub.
Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni bu barədə Gununsesi.info-ya açıqlama verib.
“Ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin aprelin 11-nə təyin olunması Milli QHT Forumu tərəfindən müsbət qarşılanır. Çünki bu sərəncam bilavasitə Azərbaycanın milli maraqlarına və inkişafına xidmət edən bir sərəncamdır. Ölkədə keçirilən seçkilər və onun nəticələri ölkədə sabitliyin və inkişafın qarantı olduğuna görə,  bu seçkilər nə qədər vaxtında keçirilərsə  ölkənin milli maraqlarına xidmət edər.”
Rauf  Zeyni eyni zamanda növbədənkənar seçklilərin keçirilməsi ilə bağlı verilən şərhlərə də qoşularaq bu məsəllərin QHT-lər üçün də vacib olduğunu bildirib.
Forum prezidenti qeyd edib ki,  QHT-lər  ümummilli lider Heydər Əliyevin 95 illiyi,  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlərdə fəallıq göstərəcəklər.
Gununsesi.info