
Bir müddət bundan əvvəl Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən kənarlaşdırılan Səfər Mehdiyev həbs edilən gömrük generallarının işi üzrə istintaqa ifadə verib.
Gununsesi.info-nun xəbərinə görə, bir neçə gün davamlı olaraq istintaqa dəvət olunan Səfər Mehdiyev ayrı-ayrı epizodlar üzrə saatlarla istintaqın suallarını cavablandırıb.
Xatırladaq ki, hüquq-mühafizə orqanları Gömrük Komitəsinin çoxsaylı vəzifəli şəxslərini həsb edib.
Həmin şəxslər rüşvət almaqda, mənimsəmə və vəzifə səlahiyyətlərini aşma cinayətlərində təqsirli bilinir.
Qeyd edək ki, Səfər Mehdiyev 2004-cü ildən 2006-cı ilin fevral ayına qədər Dövlət Gömrük Komitəsi sədrinin müavini, 2006-cı ilin fevral ayından sədrin birinci müavini vəzifəsində çalışıb. 23 aprel 2018-ci ildə isə Dövlət Gömrük Komitəsinə sədr təyin edilib.
Elmar
Gununsesi.info