Sergey Lavrov Bakya gələsi olmadı

  • By admin
  • 04 İyul 2016 17:46

ukraine-crisis-ceasfire-lavrov

 

Rusiya xarici işlər naziri Sergey Lavrov Bakya gələsi olmadı. Gununsesi.info xəbər verir ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov keçən həftə ATƏT sədri Frank-Valter Ştaynmayerlə keçirdiyi mətbuat konfransında Sergey Lavrovun bu həftə İrəvana səfərindən sonra Bakıya gələcəyini bəyan etmişdi.Qeyd edək ki, S. Lavrov kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin İrəvanda keçirilən iclasnda iştirak etmək üşün Ermənistanda səfərdədir. S.Lavrovun Azərbaycana gözlənilən səfəri ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət etsək də, nazirlikdən Gununsesi.info-ya bildirilib ki, S. Lavrov Azərbaycana səfər etməyəcək. “Ümumiyyətlə S. Lavrovun bu həftə ərzində Azərbaycana səfəri ilə bağlı yayılan mlumatlarda anlaşılmazlıq yaranıb. S.Lavrov Bakıya sabah deyil, yaxın vaxtlarda səfər edəcək. S.Lavrovun Azərbaycana səfəri 7 -10 gündən sonra reallaşa bilər”, – XİN-dən verilib.

Gununsesi.info