Sergey Şoyqu: “Rusiya və Azərbaycan hərbi əməkdaşlığı davam etdirəcəklər” - NAZİRLƏRDƏN ERMƏNİSTANA MESAJ

  • By admin
  • 15 İyun 2016 13:59

Shoygu

 

Rusiya və Azərbaycan hərbi əməkdaşlığı davam etdirəcək.

Gununsesi.info xəbər verir ki, bunu RF müdafiə naziri Sergey Şoyqu Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşdə deyib.

S.Şoyqu qeyd edib: “Ölkələrimiz arasında mövcud olan bütün əməkdaşlıq sahələri kimi, hərbi əməkdaşlığımız da strateji xarakter kəsb edir. Hazırkı və 2016-cı il üçün əməkdaşlıq planlarımızdan danışsaq, deyə bilərəm ki, bu planlar çox zəngindir”.

Daha sonra rusiyalı nazir əməkdaşlığın artması və inkişafı üçün potensil olduğunu da əlavə edib: “Biz dost strateji əməkdaşlığımızın və əlaqələrimizin daha da inkişaf etməsi üçün hər şeyi edəcəyik”.

Görüşün sonunda rusiyalı nazir azərbaycanlı həmkarını Milli Qurtuluş Günü münasibətilə təbrik eib.

Trend.az