Sevinc Vaqifqızı ədaləti məhkəmədə də tapa bilmədi -SONRA DEYİRLƏR Kİ, NİYƏ AVROPA MƏHKƏMƏSİNƏ GEDİRSİNİZ?

  • Müəllif: admin
  • 08 Avqust 2016 19:48

sevinc

“Jurnalist Sevinc Vaqifqızının ölkədən çıxışına qadağanın götürülməsi ilə bağlı məhkəmə çəkişməsi davam edir. Gununsesi.info-nun xəbərinə görə, jurnalistin vəkili Şəhla Hümbətova özünün sosial şəbəkədəki səhifəsində baş verən qanunsuzluqlardan yazıb. Vəkilin fikirlərini təqdim edirik:

shahla

“Jurnalist Sevinc Vaqifqizinın Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin onun ölkədən çıxışına qoyduğu qadağaya dair məhkəmə nəzarəti qaydasında şikayətini Nəsimi rayon məhkəməsi icraata qəbul etməkdən imtina etmişdi.  Bakı Apellyasiya Məhkəməsi bu gün bunun nə dərəcədə qanuna uyğun olduğunu yoxladı. Prokurorluğun nümayəndəsi- istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Əli Babayev bildirdi ki, MeydanTV-nın rəhbərliyi barəsində olan cinayət işi ilə əlaqədar şahidlərin, o cümlədən Sevinc Abbasovanın ölkədən çıxışına qadağa qoyulub. Şahid barəsində belə bir tədbirin tədbiq edilməsinin qanunsuz olması müstəntiqi narahat etmir. Heç məhkəməni də narahat etmədi, şikayəti təmin etmədi, niyəsi də izah olunnmadı…
Sonra da hakimlər və müstəntiqlər təəcüblə soruşurlar ki, niyə,  Avropa Məhkəməsinə şikayət edirsiz”…

Türkel