Seymur Həzi ilə Nigar Yaqublu evlənir

  • By admin
  • 01 Avqust 2016 01:04

sn

Nigar Yaqublu: “Evlilik təklifini iki il əvvəl almışdım”

 

Hazırda həbsdə olan vicdan məhbusu Seymur Həzi ilə tanınmış siyasi xadim Tofiq Yaqublunun qızı, gənc fəal Nigar Yaqublu ailə həyatı qurub. Gununsesi.info xəbər verir ki, bu barədə Nigar Yaqublu özünün facebook səhifəsindəki bilgilərində Seymur Həzi ilə evlənməsinə dair qeydlər aparıb.

Gununsesi.info-ya açıqlamasında Nigar Yaqublu Seymurla münasibətlərindən danışıb. Uzun illərdir ki, eyni düşərgədə olduqlarını deyən Nigar xanım bildirib ki, Seymurdan evlilik təklifini hələ iki il əvvəl alıb: “O zaman qəti qərarım yox idi. Ailəsi də gəlmişdi. Biz bu günlərdə danışıb, qərarımızı verdik. Bir az ənənələrdən kənara çıxdıq. Bu gün cəzaçəkmə müəssisəsində rəsmi nigah olacaq” .

Gununsesi.info olaraq, hər iki gənci təbrik edir, tezliklə Seymurun azadlığa çıxmasını diləyirik.

xosh