Şeyxin həkim qızı - FOTOLAR

  • By admin
  • 27 Dekabr 2017 12:20
Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızı Vəfa Paşazadə “Zəhra Clinic” MMC adlı klinika açıb.
Gununsesi.info unikal.org-a istinadən xəbər verir ki, şeyxin qızı Vəfa Paşazadə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. O hazırda Nutrisiologiya və Dietologiya Akademiyasının üzvü, Tibb elmləri üzrə fəlsəfə doktorudur.
Təhsil:
– 2006-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdir.
– 2006-2007-ci illərdə 5 saylı Xəstəxananın ikinci Cərrahiyyə şöbəsində “Cərrahiyyə” ixtisası üzrə internatura keçmiş cərrah ixtisasına yiyələnmişdir.
İştirak etdiyi kurslar, konfranslar və s.:
– 2014-2015-ci illər – “Bariatric dietologiya” üzrə ixtsasartırma kursu, Türkiyə, İstanbul.
– 2016-cı ildə Logos Psixoloji və Nitq inkişaf mərkəzində “Koqnitiv psixoterapiya” kursu ( 75 akademik saat).
– 2016-cı ildə Logos Psixoloji və Nitq inkişaf mərkəzində “Pozitiv psixoterapiya” kursu (75 akademik saat).
– 2016-cı ildə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda “Ümumi cərrahiyyə” ixtisası üzrə təkmilləşmə kursu.
– 2016-cı ildə SSTM özəl təlim mərkəzində “Nutrisiologiya və dietologiyanın əsasları” kursu (45 akademik saat).
– 2016-cı ildə SSTM özəl təlim mərkəzində “Kliniki dietologiya” kursu (45 akademik saat).
– 2017- ci ildə SSTM özəl təlim mərkəzində “Koucingin əsasları” kursu ( 26 akademik saat)
– 12 Avropa gidalanma üzrə konfrans, Berlin, Almaniya, 20-23.10.2015.
– Ernährung 2016/ GIDALANMA 2016 / Dresden, Almaniya, 09.06. – 11.06.2016.
– Livestock Nutrition, 2015, 11.-12. Avgust , Frankfurt.
– 7. Ulusal obezite kongresi, İstanbul, Türkiye, 8-10 Dekabr, 2016.
– Azərbaycan Tibb Universiteti “Təbabətin aktual problemləri-2017” elmi-praktik konfrans .
– ATU, 3-cü Beynəlxalq bariatrik və metabolik konqress, 7 aprel 2017.
Elmi fəaliyyət:
– 2012-2017-ci illərdə Azərbaycan Tibb Universitetinin II cərrahi xəstəlikər kafedrasının dissertantı kimi “Kəskin Xolesistitdə Laparoskopik xolesistektomiya (imkanları, üstünlükləri, çətinlikləri) mövzusu üzərində işləyərək 2017-ci ildə tibb elmləri üzrə fəlsəfə dokroru elmi dərəcəsi almaq üçün eyni mövzuda dissertasiya müdafiə etmişdir.
– 2017-ci ildə Logos Psixoloji və Nitq inkişaf mərkəzində “Emosional qidalanma” mövzusunda təlim vermişdir.
– Çoxsaylı tibbi məqalələrinin və tezislərin müəllifidir.
Çalışdığı tibb müəssisələri:
– 2006-2011-ci illərdə Bakı şəhəri 5 saylı klinikada ümuni cərrah.
– 2011-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalının cərrahiyyə şöbəsində cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis.
İxtisaslaşdığı tibbi sahə:
– Metabolik piylənmə
– Bariatric əməliyyat öncəsi və sonrası xəstələrin pəhriz və müalicə proqramının tərtib olunması.
– Köklükdən əziyyət çəkən xəstələrin pozitiv psixoterapiyası.
– Ümumi cərrahi müdaxilələr.
Gununsesi.info