“Siemens” şirkəti 21 iyul Rusiya avadanlıq təchizatı dövlət şirkəti ilə əməkdaşlığı dayandırıb.
Gununsesi.info bunu “currenttime.tv” saytına istinadən xəbər verir.
Buna səbəb Avropa Birliyinin sanksiyaları fonunda sözügedən şirkətdən alınan boruların Krıma qanunsuz getməsidir. Kompaniya boruların qeyri-qanunu yolla həmin əraziyə ötürülməsini təsdiqləyib. “Jurnalistlərin araşdırmalarına görə, Krıma ötürülən 4 qaz borusundan 2-si artıq quraşdırılıb”- Siemens açıqlayıb.
“Daha sonra etibarlı mənbələrdən öyrəndik ki, həmin qaz boruları Rusiyanın cənubunda yerləşən Tamanadakı layihəsi üçün nəzərdə tutulsa da, bizim icazəmiz olmadan Krıma köçürülüb.
Bu addım “Siemens”lə bağlanan müqaviləyə qarşı kobud pozuntudur”- şirkət bəyan edir.
Bundan əlavə alman şirkəti Rusiyanın elektirik stansiyalarının təchizatla təminatına dair lizensiyalara son qoyduğu və “İnteravtomatika” şirkətindəki minoritar səhm payından (45 faiz) çıxdığını elan edib.
Sənəddə şirkət həmçinin qaz borularının qanunsuz Krıma köçürülməsi barədə “Texnopromeksport”a qarşı cinayət işinin açılmasını, Taman layihəsi üçün nəzərdə tutulan qaz borularının geri qaytarılmasının tələb edir.
Vüsalə Rüstəmova
Gununsesi.info