
Ombudsmanın Gəncə Regional Mərkəzi,Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyi vəDövlət Miqrasiya Xidmətinin (DMX) Qaçqınlarla İş İdarəsi tərəfindən DMX-nin Yevlax Rayon Qanunsuz Miqrantların Saxlanılma Mərkəzində “Sığınacağın istiqamətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi” mövzusunda birgə təlim keçirilib.
Təlimdə Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov,BMT QAK-ın Azərbaycan nümayəndəliyinin hüquq şöbəsinin rəhbəri Aleksandr Novikov və bu nümayəndəliyin əməkdaşı İlkin Abdıyev, DMX-nin Qaçqınlarla İş İdarəsinin əməkdaşı Namiq Cəfərov,Yevlax Rayon Qanunsuz Miqrantların Saxlanılma Mərkəzinin rəhbəri İkram Abdullayev və digərləri tərəfindən mövzu ilə bağlı təqdimatla çıxışlar edilib.
Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sahəsində çoxşaxəli fəaliyyəti, bu istiqamətdə təşkil etdiyi maarifləndirmə tədbirləri, habelə BMT QAK-ın ölkəmizdəki mandatı və fəaliyyəti, DMX tərəfindən qaçqınların, sığınacaq axtaran şəxslərin hüquqlarının həyata keçirilməsi, müraciət etmə qaydaları, müraciətlər zamanı gerçəkləşdirilən proseslər və himayə olunması barədə geniş məlumatlar verilib.
Eyni zamanda istiqamətləndirmə mexanizminin gücləndirilməsi ilə bağlı müzakirələr və fikir mübadiləsi aparılıb.
Gülnaz Qənbərli
Gununsesi.info












