Şimali Koreya Rusiyaya Qərbə qarşı birləşməyi təklif edir - "ÖLKƏLƏRİMİZ ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAFI VACİBDİR"

  • By admin
  • 17 Aprel 2017 08:41

simali koreya rusiya

Şimali Koreya Rusiya ilə münasibətlərin inkişafında maraqlıdır.

Gununsesi.info-nun gazeta.ru-ya istinadən verdiyi məlumata görə, bunu Koreya Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyinin rəsmisi Kim Yen Xo deyib.

O bildirib ki, Rusiya da Koreya kimi ABŞ və Qərbin sanksiyası altındadır: “Ölkələrimiz arasında əlaqələrin inkişafı vacibdir, bunu xalqlarımızın maraqları tələb edir. Çünki ABŞ BMT Təhlükəsizlik Şurasının simasında Rusiya və Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaları gücləndirir”.

O xatırladıb ki, keçmiş liderləri Rusiyanı 3 dəfə ziyarət edib və bu, ölkələrarası münasibəti inkişaf etdirib.

Gununsesi.info