Şimşək çaxacaq, intensiv yağış yağacaq

  • Müəllif: admin
  • 15 Aprel 2017 12:04

simsek

Aprelin 16-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı  ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

ETSN-dən Gununsesi.info verilən məlumata görə, havanın temperaturunun gecə 8-11° isti, gündüz 15-19° isti, Bakıda gecə 9-11° isti, gündüz  16-18° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  norma daxilində  760 mm civə sütunu,nisbi rütubət    gecə 75-85 %, gündüz 60-70 %  təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Gununsesi.info