Siqaret çəkmək üçün xüsusi ayrılmış yerlərlə bağlı norma və tələblər hazırlanacaq

  • By admin
  • 04 Yanvar 2018 13:16

Azərbaycan Nazirlər Kabineti üç ay müddətində tütün çəkmək üçün xüsusi ayrılmış yerlərlə bağlı sanitar-gigiyenik normalar və tələblər hazırlayacaq.

Gununsesi.info xəbər verir ki, Nazirlər Kabineti bu müddət ərzində tütün məmulatları tullantılarının utilizasiyası qaydasını da müəyyən edəcək.

Nazirlər Kabineti əhalinin maarifləndirilməsinin əsas istiqamətləri və üsullarını müəyyən edəcək, bu məqsəd üçün xüsusi “qaynar xətlərin” fəaliyyəti təmin edəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” yeni qanunu imzalayıb. Bu qanun əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.

Gununsesi.info