Şirvan sakini həyat yoldaşını və qayınanasını bıçaqlayıb

  • By admin
  • 27 Sentyabr 2019 22:28

Şirvanda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.org-un məlumatına görə, Şirvan sakini həyat yoldaşı, 1995-ci il təvəllüdlü Behbudova Güllübəyim Muxtar qızı və qayınanası, 1969-cu il təvəllüdlü Musayeva Sitarə Ərşad qızına çoxsaylı bıçaq zərbələri ilə xəsarət yetirib, həyat yoldaşının qulağını kəsib.

Yaralılar Şirvan Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.org