Siyasi partiyalar büdcədən nə qədər vəsait alırlar?

  • By admin
  • 14 Fevral 2021 14:06

Maliyyə Nazirliyi məlumat açıqlayıb ki, 2020-ci ildə dövlət büdcəsindən siyasi partiyalara da 3,6 mln. manat maliyyə yardımı ayrılıb.
“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa görə, bu vəsaitin 40 faizi (1 440 000 manatı) Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür. Hazırda Milli Məclisdə 11 siyasi partiya təmsil olunur, bu o deməkdir ki, hər partiyaya 40 faizdən 130 909 manat çatır.
Bu vəsaitin 50 faizi (1 800 000 manatı) Milli Məclisin say tərkibinə (125-ə) bölünür (1 800 000 : 125 = 14 400) və bunun nəticəsində alınan məbləğ Milli Məclisdə təmsil olunan siyasi partiyalardan seçilmiş deputatların sayına vurulmaqla müəyyən edilmiş məbləğ həmin siyasi partiyalara əlavə olaraq ayrılır.
Beləliklə də, bu ilin büdcəsindən də ötən ilki qədər vəsait ayrılarsa, onda hər siyasi partiya ildə dövlət büdcəsindən aşağıdakı məbləğdə vəsait əldə edəcək.

YAP – 70 deputat 1 008 000 manat + 130 909 = 1 138 909 manat
VHP – 3 deputat 43 200 manat + 130 909 = 174 109 manat
AVP – 1 deputat 14 400 manat + 130 909 = 145 309 manat
ADİSP- 1 deputat 14 400 manat + 130 909 = 145 309 manat
ADMP- 1 deputat 14 400 manat + 130 909 = 145 309 Manat
BQP – 1 deputat 14 400 manat + 130 909 = 145 309 manat
BAXCP-1 deputat 14 400 manat + 130 909 = 145 309 manat
Vəhdət-1 deputat 14 400 manat + 130 909 = 145 309 manat
VBP – 1 deputat 14 400 manat + 130 909 = 145 309 manat
MCP – 1 deputat 14 400 manat + 130 909 = 145 309 manat
ReAl – 1 deputat 14 400 manat + 130 909 = 145 309 manat

Deməli, büdcədən 1 deputatı olan partiyalar hər günə 400 manatdan, hər aya 12 min manatdan, 3 deputatı olan partiya hər günə 483 manatdan, hər aya 14 509 manatdan, YAP isə hər günə 3164 manatdan, hər aya isə 94 909 manatdan çox vəsait alır.

P.S. Bu hesablama 2020-ci il ilin icra büdcəsinin məlumatı əsasında aparılıb, ola bilər ki, bəzi partiyalar yenicə dövlət qeydiyyatına alındığına görə, onlar bu vəsaiti 2021-ci fiskal ilində alacaqlar.
P.P.S. Əslində şəffaflıq naminə hər partiya bu məlumatı özü açıqlamalıdır.

Qubad İbadoğlu

Gununsesi.info