Siyavuş Novruzov ölkədə rüşvətxorluğun olduğunu etiraf etdi – AÇIQLAMA

  • By admin
  • 03 Fevral 2021 16:57

“Korrupsiya və rüşvətxorluq iki tərəfli olur. Rüşvəti verməsən, alan kimdir ki?”.

 

Gununsesi.org bildirir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Müsavat TV-də deyib.

S.Novruzov bildirib ki, korrupsiya və rüşvətxorluğun kökləri qədim dövrlərə gedib çıxır: “Sosial təminat sahəsində korrupsiya olub. Xatırlayırsınızsa, Məhəmməd Füzuliyə 9 axçalıq prezident təqaüdü təyin edilmişdi, ala bilmədi. Şikayətə getsə də, ala bilməyib. Deyir, salam verdim, rüşvət deyildir deyə, almadılar. Yəni, bu, bütün dövrlərdə olub”.

Gununsesi.org