Siyavuş Novruzovdan Fərəc Quliyevə sərt etiraz: İDMAN AZƏRBAYCANIN TƏBLİĞİDİR

  • By admin
  • 07 Dekabr 2016 14:38
siyavus
“Azərbaycanda islahaltlar daha geniş sahəni əhatə etməlidir. İlk növbədə kiçik və orta sahibkarlığa yaşıl ışıq yandırmalı, bəzi hallarda kiçik sahiblarla ümumiyyətlə vergidən azad edilməli, orta sahibkarlıqa isə vergi dərəcələri aşağı salınmalıdır. Bu növbəti il üçün yeni gəlirlərin gətirilməsinə imkan yarada bilər”.
Gununsesi.info xəbər verir ki, bunu YAP icra-katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin Plenar iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.
Onun szölərinə görə, 2017-ci ilin  büdcəsi hazırlanarkən bütün imkanlar nəzərə alınıb,  büdcə layihəsi qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim olunub: “Bu, Prezidentin ölkədə apardığı iqtisadi  islahatın nəticəsidir”.
O bildirib ki,  2016-ci ildə Milli Məclisin qəbul etdiyi qanun və dəyişikliklər iqtisadiyyatın inkişafına, vergi, maliyyə- kredit sistemininformalaşmasına eləcə də sosial sahələrə  həsr olunub: “ Bu müddət ərzində biz 100-lərlə qanun qəbul etmişik ki, onların  nəticəsində  Azərbaycan iqtisadiyyatı  daha da inkişaf edəcək”.   
Millət vəkili qeyd edib ki, aztəminatlı ailələr nəzərə alınmalı və onlara ayrılan vəsait azaldılmamalıdır: “ Bura şəhid ailələri, müharibə veteranları da daxildir. Büdəcədə sosial sahəyə ayrılan vəsaitin dəyişməməsi çox yaxşı haldır. Azərbaycan sosial dövlət olduğu üçün bu sahə ilə bağlı gedən proseslər davamlı şəkildə həyata keçirilir. Digər sahələrdə isə islahatlar aparılmalıdır”.
S. Novruzov qeyd edib ki, Azərbaycan neft strategiyasındən ən uğurlu istifadə edən ölkələrdən biri  olub: “Neftin qiyməti baha olan zaman bir qrup insan hesab edirdi ki, neft gələcək nəsillərə, bir qrupu düşünürdü ki, Dövlət Neft Fonduna yığılmalıdır. Lakin Azərbaycan dövləti ölkə başçısının rəhbərliyi ilə neft strategiyasını düzgün həyata keçirərək sosial sahəyə diqqət etdi və nəticə  etibarı ilə ölkədə 3 mindən artıq məktəb  600 xəstəxana və diaqnostika mərkəzi, 100-ə axın idman obyektləri tikildi, yollar, körpülər salındı. Burada oturan insanlar həmişə  bunu uğrulu siyasət kimi tərif edirdilər, lakin indi görürəm ki bəziləri tənqidi hissəyə keçiblər. Misal  üçün həmkarlarımızdan biri 7 il bundan öncə olan məsələni araşdıraraq idman obyekləri və tədbirləri ilə bağlı fikirlər səsləndirməyə başlayıb.  İdman Azərbaycanın təbliğidir.  Olimpiadada Azərbaycan bayrağının qaldırılması ölkəmizin maraqlarını təmsil edir. Bu təmsilçiliyə də maliyyə ayrılmalıdır. Maliyyə ayrılmadıqda hansı işləri görülə bilərik?. Tacikistanda cəmi 1 nəfər medal aldı az qaldılar ona milli qəhrəman adı versinlər. Lakin Azərbaycanda kifayət qədər  idmançıları ölkəmizi təbliğ edirlər. bu baxımdan ölkəmizdə keçirilən I Avropa Oyunları, Formula-1, İslam Həmrəylik Oyunlarına diqqət ayırmalıyıq”.
Millət vəkili dövlət aparatı strukturlarında  islahatının aparılmasını təklif edib: “ Artıq strukturlar ləğv olunmalı, onlara yönələn vəsait digər sahələrə xərclənməlidir. Bundan əlavə oxşar strukturlar biləşdirilməlidir. Bura özəl strukturlar daxil deyil. Az vəsaitlə daha çox işlər görməliyik”. 
Mürtəza 
Gununsesi.info